Hindistanın Əhmədabad şəhərində göyərtəsində 242 sərnişinin olduğu “Air India” təyyarəsi yaşayış məntəqəsinin üzərinə düşüb.
Gundelik.az xəbər verir ki, təyyarə London reysi üzrə hərəkətdə olub.Təyyarənin düşdüyü nöqtənin yaşayış məntəqəsi olduğu bildirilir və təhlükəsizlik qüvvələri əraziyə gedən bütün yolları bağlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları göndərilib. Səlahiyyətlilər qəza nəticəsində ölən və yaralananların sayını hələlik təsdiqləməyib.
Gundelik.az

