İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Hindistan ABŞ-yə 20,5 milyard dollar investisiya qoyacaq

Hindistan şirkətləri ABŞ-nin müxtəlif sənaye sahələrinə 20,5 milyard dollar investisiya qoymaq niyyətindədir.

Bu barədə Gundelik.az TASS-a istinadən xəbər verir.

Qeyd edilib ki, Hindistan şirkətləri texnologiya, istehsal və əczaçılıq da daxil olmaqla müxtəlif sektorlara 20,5 milyard dollardan çox investisiya qoymağı planlaşdırırlar.

Bunlara bu gün 1,1 milyard dollarlıq investisiya elan edən 12 şirkət daxildir.

Bildirilib ki, bu tərəfdaşlıqlar amerikalılar üçün real iş yerləri yaradır və daha davamlı təchizat zəncirləri qurur.