Hindistan Amerika Birləşmiş Ştatlarından (ABŞ) silahları almaq planlarını dayandırır.
Gundelik.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Hindistan ABŞ-dən silah almaq planlarını dayandırır və Hindistanın müdafiə naziri Rajnat Sinq Vaşinqtona səfərini ləğv edib, – məlumatda qeyd edilib.
Məlumata görə, həmin səfərdə bir sıra alış müqavilələrinin elan olunması planlaşdırılırdı.
Xəbərdə qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına 25 faiz əlavə rüsum tətbiq edən fərman imzalayıb. Bu qərar Ny Dehlinin Rusiya neftini idxal etməyə davam etməsinə cavab olaraq qəbul edilib.
Gundelik.az
