Gundelik.az Mədəniyyət və cəmiyyət Hər qulaq cingiltisi zərərsiz deyil: Bu əlamətlər varsa, diqqətli olun
Mədəniyyət və cəmiyyət Xəbərlər

Hər qulaq cingiltisi zərərsiz deyil: Bu əlamətlər varsa, diqqətli olun

Qulaq cingiltisi çox vaxt sadə səbəblərdən yaranır. Lakin bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər. Xüsusilə bir qulaqda davamlı cingilti, eşitmə itkisi, başgicəllənmə və tarazlıq problemləri varsa, bu şikayətlər diqqətdən kənarda qalmamalıdır.

Radiasiya Onkologiyası üzrə mütəxəssis Prof. Dr. Metin Güden bildirib ki, qulaq cingiltisi təkbaşına beyin şişi demək deyil. Bununla belə, bəzi kəllədaxili şişlərin ilkin əlamətləri arasında yer alır.

Mütəxəssisin sözlərinə görə, qulaq cingiltisinə səbəb ola bilən xəstəliklərdən biri vestibulyar şvannoma adlı xoşxassəli şişdir. Bu şiş eşitmə və tarazlıq sinirlərinə təzyiq göstərərək cingilti, eşitmə problemləri və tarazlıq pozğunluqlarına səbəb olur.

Şiş aşkarlandıqda müalicə hər xəstə üçün eyni olmur. Qərar verilərkən şişin ölçüsü, yerləşməsi və böyümə sürəti ilə yanaşı, xəstənin yaşı, ümumi sağlamlıq vəziyyəti və eşitmə funksiyası da nəzərə alınır. Bəzi hallarda sadəcə mütəmadi müşahidə kifayət edir, digər hallarda isə cərrahi müdaxilə və ya radiocərrahiyyə tətbiq oluna bilər.

Mütəxəssislər bildirirlər ki, qulaq cingiltisi olan hər kəs ən pis ehtimalı düşünməməlidir. Lakin xüsusilə bir tərəfli və uzun müddət davam edən cingilti “keçər” deyərək laqeyd yanaşılmamalıdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version