“Comex” birjasında gümüş fyuçerslərinin qiyməti yeni bir rekord səviyyəyə çataraq 1 troya unsiya üçün 110 dolları keçib.
Gundelik.az xəbər verir ki, bu barədə “Comex” birjasında bildirilib.
Məlumata görə, bu gün gümüşün qiyməti 8,62% artaraq 1 troya unsiya üçün 110,06 dollar təşkil edib.

