Gundelik.az Mədəniyyət və cəmiyyət Gözdə qəfil işıq çaxmaları və uçuşan cisimlərə diqqət
Mədəniyyət və cəmiyyət Xəbərlər

Gözdə qəfil işıq çaxmaları və uçuşan cisimlərə diqqət

Yay aylarında açıq hava fəaliyyətlərinin və idman növlərinin artması göz travmaları riskini də yüksəldir. Futbol, tennis, basketbol, padel, velosiped və digər fəaliyyətlər zamanı gözə və ya başa alınan zərbələr torlu qişanın (retinanın) cırılması və qopmasına səbəb olur.

Torlu qişanın cırılması zamanı əsas xəbərdaredici əlamətlər bunlardır:

Göz önündə qəfil işıq çaxmaları;

Birdən-birə çoxsaylı qara nöqtə və uçuşan cisimlərin yaranması;

Hörümçək toru və ya his parçaları kimi görüntülər;

Görmə sahəsinin bir hissəsində pərdə və ya kölgə yaranması;

Qəfil görmə zəifləməsi.

Torlu qişa cırılması ağrısız da gedə bilər, buna görə əlamətləri ciddi qəbul etmək vacibdir.

Xüsusilə yüksək dərəcəli miopiyası olan insanlarda torlu qişanın qopması riski daha yüksəkdir. Travmadan sonra ilk müayinənin normal olması da riskin tam aradan qalxdığı anlamına gəlmir. Bəzi hallarda torlu qişa problemləri travmadan həftələr, hətta aylar sonra üzə çıxır.

Torlu qişanın cırılması qopmaya çevrilmədən aşkarlandıqda, uyğun xəstələrdə lazer müalicəsi ilə problemin irəliləməsinin qarşısını almaq mümkündür. Torlu qişa artıq qopubsa, müalicə gecikdirilməməli və xəstə vitreoretinal cərrahiyyə üzrə təcrübəli mütəxəssis tərəfindən qiymətləndirilməlidir.

Göz önündə qəfil işıq çaxmaları və yeni yaranan çoxsaylı uçuşan cisimlər görürsünüzsə, vaxt itirmədən göz həkiminə müraciət edin.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version