Gundelik.az Mədəniyyət və cəmiyyət Bağırsaq sağlamlığı üçün bu qidalara diqqət: Faydalı bakteriyaların sevdiyi 5 qida qrupu
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bağırsaq sağlamlığı üçün bu qidalara diqqət: Faydalı bakteriyaların sevdiyi 5 qida qrupu

Bağırsaqlarda yaşayan trilyonlarla mikroorqanizmdən ibarət mikrobiota qidalanma vərdişlərindən birbaşa təsirlənir. Liflə zəngin bitki mənşəli qidalar və bəzi fermentləşdirilmiş məhsullar bağırsaq mikrobiotasının müxtəlifliyini dəstəkləyir. Buna görə də mütəxəssislər lazımsız əlavələr qəbul etməkdənsə, balanslı və müxtəlif qidalanmaya üstünlük verməyi tövsiyə edirlər.

Bağırsaq sağlamlığı deyildikdə ilk olaraq probiotik əlavələr yada düşsə də, mikrobiotaya təsir edən əsas amillərdən biri gündəlik qidalanmadır.

Mikrobiotanı dəstəkləyə bilən 5 qida qrupu:

Fermentləşdirilmiş süd məhsulları: Kefir və evdə hazırlanmış yoqurt kimi məhsullar faydalı bakteriyaların dəstəklənməsinə kömək edir.

Liflə zəngin qidalar: Yulaf, paxlalılar, badam və banan tərkibindəki lif və davamlı nişasta ilə bağırsaq bakteriyaları üçün qida mənbəyi rolunu oynayır.

Meyvələr: Alma, çiyələk, albalı və heyva kimi meyvələr pektin və polifenollarla zəngindir. Bu maddələr faydalı bakteriyaların müxtəlifliyini dəstəkləyir.

Sağlam yağlar: Qoz, avokado, hamsi, sardina və qızılbalıq kimi qidalar bağırsaq mikrobiotasının müxtəlifliyinə və immun sisteminin dəstəklənməsinə töhfə verir.

Soğan və sarımsaq: Tərkibindəki inulin faydalı bağırsaq bakteriyaları üçün qida mənbəyi hesab olunur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version