Sentyabr 9, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Göz ətrafındakı sarı ləkələr ürək-damar xəstəlikləri riskindən xəbər verə bilər

Göz ətrafında yaranan solğun və şişkin sarı ləkələr – ksantelazma ürək-damar xəstəlikləri riskinin erkən göstəricisidir. Atherosclerosis jurnalında yayımlanan yeni araşdırmada bu dəri dəyişiklikləri ilə infarkt, insult və keçici işemik tutma arasında əlaqə aşkarlanıb.

Ksantelazma immun sisteminin makrofaq adlı hüceyrələrinin xolesterin və digər yağlarla yüklənməsi nəticəsində yaranır. Adətən yüksək xolesterinlə əlaqələndirilsə də, araşdırma bu ləkələrin qanda yağ səviyyəsi normal olan insanlarda da ürək-damar riskinin göstəricisi ola biləcəyini ortaya qoyub.

Stanford Universitetinin tədqiqatçıları ksantelazma diaqnozu qoyulmuş 17 925 nəfərin məlumatlarını müqayisə edib. Nəticələrə görə:

Ksantelazması olanlarda ilk ildə infarkt riski 1%, nəzarət qrupunda isə 0,35% olub.

İnsult riski müvafiq olaraq 0,95% və 0,30% təşkil edib.

Keçici işemik tutma riski isə 0,60% və 0,19% olub.

Fərq 5 və 10 illik izləmələrdə azalsa da, ksantelazması olan şəxslərdə riskin daha yüksək olduğu müşahidə edilib.

Mütəxəssislər xəbərdarlıq edir: Göz ətrafındakı sarı ləkələr yalnız estetik problem kimi qiymətləndirilməməlidir. Belə dəyişikliklər müşahidə edilərsə, xolesterin, qan təzyiqi və digər ürək-damar risklərinin yoxlanılması faydalı olur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az