Google Gemini artıq Canva və Adobe ilə daha dərin inteqrasiyaya gedir. Məqsəd odur ki, istifadəçilər dizayn işlərinə birbaşa çat (chat) içində başlasın, sonra lazım olsa Canva və ya Adobe alətlərinə keçsinlər.
Əsas yeniliklər:
Canva artıq Gemini-də “Connected App” kimi yayılır: istifadəçilər dizayn yarada, redaktə edə və hazır materialları Canva-ya göndərə bilirlər.
Adobe isə yaxın vaxtlarda “Adobe for creativity” bağlantısı gətirəcək: istifadəçi sadəcə təsvir yazır, Adobe alətləri (şəkil, video, dizayn) bunu işləyir.
Fərq:
Canva → sürətli, sosial media və hazır dizaynlar üçün daha rahatdır.
Adobe → daha peşəkar, detallı redaktə və böyük layihələr üçün uyğundur.
Mənbə:Digital Trends
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

