İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Gəncədə məcburi köçkün qəsəbəsindəki evlər təmir olunacaq

Azərbaycanda məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri mərhələli şəkildə təmir olunmaqdadır.

Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Gəncə şəhərində salınmış məcburi köçkün qəsəbəsindəki evlərin də təmiri işləri aparılacaq.

Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti bununla bağlı işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda dövlət qurumu görüləcək işlərin 381 374 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az