Füzulinin Pirəhmədli kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıq işlərini yekunlaşdırıb.
Belə ki, bu işləri “Azsur Group” şirkəti həyata keçirəcək.
İnfrastrukturun qurulmasına 1,6 milyon manat sərf ediləcək.

