İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Fransada nüvə stansiyasında meduza səbəbindən dörd reaktor bağlandı

Fransada yerləşən bir atom elektrik stansiyasında meduzaların istilası səbəbindən elektrik istehsalı dayandırılıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, meduzalar stansiyanın dörd nüvə reaktorunun soyutma sistemlərini tıxayıb. Potensial nüvə təhlükəsinin qarşısını almaq məqsədilə reaktorlar avtomatik olaraq söndürülüb.

Qeyd olunur ki, stansiyanın digər iki reaktoru isə hazırda təmir işlərindədir. Beləliklə, meduza səbəbindən enerji istehsalı tamamilə dayanıb. Hazırda işçilər soyutma sisteminin filtrlərini bağlayan meduzaları təmizləməyə çalışırlar.

Son illərdə bölgədə meduzaların sayının artdığı bildirilir. Alimlər bunun qlobal istiləşmənin təsiri ilə meduzaların sürətlə çoxalması ilə əlaqəli olduğunu vurğulayırlar.

Gundelik.az