İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Fransada hərbi təyyarə qəzaya uğrayıb

Fransa Hərbi Hava Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Parisien” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.

“Cirus SR-20″ təyyarəsi Alp dağlarının Yuxarı Provans ərazisində qəzaya uğrayıb. Hər iki pilot yaralanıb və onlar xəstəxanaya çatdırıblar”, – deyə məlumatda bildirilib.