Fransa Prezidenti Emmanuel Makron Avropanın üzləşdiyi çətinliklərlə, xüsusilə də təhlükəsizliklə bağlı Almaniya ilə birgə mübarizə aparacaqlarını və Fransa-Almaniya Təhlükəsizlik və Müdafiə Şurası quracaqlarını açıqlayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Biz Avropanın üzləşdiyi çağırışlara birlikdə cavab vermək, bizim üçün prioritet olan suverenlik, təhlükəsizlik və rəqabətqabiliyyətlilik məsələlərində birgə hərəkət etmək istəyirik”, – deyə Makron bildirib.
Makron bir daha qitənin müdafiəsinə sərmayə qoymağa çağırıb və bildirib ki, mart ayında Avropa Şurasından bu yana bütün qitədə müdafiə sahəsində addımlar ataraq Avropa müdafiəsinə doğru strateji oyanışı sürətləndiriblər.
Bu çərçivədə Fransa-Almaniya Təhlükəsizlik və Müdafiə Şurası quracaqlarını açıqlayan Makron deyib: “Fransa-Almaniya proqramlarımızı sürətləndirəcək, yeni tutumlar inkişaf etdirəcək və tank sayını artıracağıq. Təyyarə və uzaqmənzilli raketlərdən başqa, ümumi strateji çağırışlarımıza operativ cavab tədbirləri hazırlamaq üçün müntəzəm olaraq görüşəcək Fransa-Almaniya Müdafiə və İnkişaf Şurasını biz quracağıq”.
Qeyd edək ki, ötən gün Almaniyanın yeni kansleri seçilən Merz ilk rəsmi xarici səfərini Fransaya edib.
Gundelik.az

