RTL kanalında çıxış edən Qalhau bildirib ki, hökümətlər Yaxın Şərqdəki hadisələrin yaratdığı neft bazarındaki kövrəkliyə qarşı mübarizə aparmaq üçün tədbirlər görürlər və Fransa hökümətinin vətəndaşları üçün potensial yanacaq subsidyaları da daxil olmaqla oxşar bir addımı ölkənin onsuz da ağır borclu iqtisadiyyatına mənfi təsir gösdərəcək.
Qalhau dövlət maliyyəsinin vəziyyətinin hökümətə yeni subsidyalar verməyə imkan vermədiyini bildirərək, “Bizim pulumuz qalmayıb” dedi.
Qalhau bildirib ki, “Əgər büdcə kəsirlərini və borcları daha da artırsaq, bu, uzunmüddətli faiz dərəcələrinin artmasına, yəni 10 il və ya daha çox müddətə artmasına səbəb olacaq və bu, Fransa xalqını cəzalandıracaq”. O, enerji böhranına ən güclü cavabını birdəfəlik dövlət yardımı gösdərməklə deyil, enerji keçidinə qoymaq olacağını vurğulayıb.
Dövlət borcunun ÜDM-ə nisbəti 111,7% ətrafında dəyişdirildiyindən, Fransa, İtalya ilə birlikdə, ən yüksək borc yükünə malik Avropa Birliyi(AB) ölkələri arasındadır.
Bundan əlavə, dövlət borcunun azaldılmasına yönəlmiş büdcə təklifləri hökümət və müxalifət arasında əsas fikir ayrılıqlarından birini təşkil edir.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az

