Gundelik.az Ölkə FHN Hadrut qəsəbəsində 3,8 milyon manata bina tikdirəcək
Ölkə Xəbərlər

FHN Hadrut qəsəbəsində 3,8 milyon manata bina tikdirəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Xocavənd rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Hadrut qəsəbəsində 4 çıxışlı inzibati binasının tikintisinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Məlumata görə, tikinti işlərinə 3,886 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub.

Exit mobile version