Gundelik.az Dünya Əziz Yıldırımın istədiyi iki türk futbolçunun kimliyi məlum olub
Dünya Xəbərlər

Əziz Yıldırımın istədiyi iki türk futbolçunun kimliyi məlum olub

“Fənərbağça”nın prezidenti Əziz Yıldırımın klubun daxili transfer strategiyası çərçivəsində “Korendon Alanyaspor”dan Ümit Akdağ və “Göztəpə”nin ulduz futbolçusu Arda Okan Kurtulanı transfer etməkdə maraqlı olduğu ortaya çıxıb. 8 illik fasilədən sonra rekord sayda səslə yenidən “Fənərbaxça” prezidenti seçilən Əziz Yıldırım transfer fəaliyyətini artırıb. Yıldırımın siyahısında həm xarici, həm də yerli oyunçular olsa da ,bu oyunçuların kimliyi artıq açıqlanıb. Onun siyahısında iki yerli futbolçu var

Əziz Yıldırımın gözünün ötən mövsüm liqada heyran qalan “Korendon Alanyaspor”dan Ümit Akdağ və “Göztəpə”dən Arda Okan Kurtulanda olduğu bildirilir. DANİŞİQLƏR BAŞLAYIR.

Əziz Yıldırım rəhbərliyinin Ümit Akdağ üçün Alanyaspor və Arda Okan Kurtulan üçün Göztepe ilə transfer haqqı danışıqlarına başlayacağı bildirilib. “Sarı-göylər” hər iki oyunçunun transferini qısa müddətdə başa çatdırmağı hədəfləyir. ÜMİT AKDAĞIN MÖVSÜM PERFORMANSİ

Ümit Akdağ ötən mövsüm ümumilikdə 36 oyunda iştirak edib və 2954 dəqiqə meydanda olub. 22 yaşlı mərkəz müdafiəçisi 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

ARDA OKAN KURTULANIN MÖVSÜM HESABAT KARTI

Sağ cinah müdafiəçisi və yarımmüdafiəçi mövqeyində oynayan 23 yaşlı Arda Okan Kurtulan 32 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Mənbə: Haberler com

Tərtib etdi: Əliyeva Jalə

Gundelik.az

Exit mobile version