Ermənistanda Təhlükəsizlik Xidmətinin əməkdaşları, deputatlar və onların köməkçilərinin iştirakı ilə dava olub.
Gundelik.az xəbər verir ki, bu barədə “Sputnik.Armeniya” agentliyi məlumat yayıb.
“Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyan canlı yayım zamanı bildirib ki, parlamentdəki dava deputat Artur Sarkisyan çıxışından sonra iclas zalını tərk etmək qərarına gəldikdən başlayıb. Bundan sonra Mülki Müqavilənin deputatı Vahe Qalumyan ona hücum edib.
İş o yerə çatıb ki, dava düşüb, bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları zala soxulublar.
Agentliyin məlumatına görə, onlar Sarkisyanı toxunulmazlığından məhrum etmək və “hakimiyyəti zorla ələ keçirmək və terror aktı hazırlamaq cəhdi” halında onu həbs etmək istəyirlər.
Eyni zamanda parlamentin vitse-spikeri Ruben Rubinyan da iclasda fasilə elan edib.
Ötən həftə Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı Samvel Karapetyana dəstək məqsədilə İrəvanın mərkəzində yürüş təşkil olunub.
Bundan əvvəl Ermənistan Karapetyanın “Elektrik şəbəkələri”nin milliləşdirilməsi haqqında qanunu təsdiqləyib.
Gundelik.az
