Gundelik.az Siyasət Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
Siyasət Xəbərlər

Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb

Azərbaycandan idxal olunan benzinin keyfiyyəti Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə tam uyğundur.

Gundelik.az xəbər verir ki, bu barədə APA Ermənistan mediasına istinadən material hazırlayıb.

Məlumata görə, ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib ki, benzin nümunələri üzərində Milli Standartlaşdırma və Metrologiya Orqanında laborator sınaqlar aparılıb və bütün partiya Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə tam cavab verir.

“Keyfiyyət baxımından heç bir problem aşkarlanmayıb”, – Kotolyan bildirib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

Exit mobile version