Gundelik.az Dünya Ərdoğandan rekordçu Rıza Kayaalpə təbrik zəngi
Dünya Xəbərlər

Ərdoğandan rekordçu Rıza Kayaalpə təbrik zəngi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan , 2026 Avropa Güləş Çempionatında qızıl medal qazanaraq 13-cü dəfə Avropa çempionu olan milli idmançı Rıza Kayaalp ilə telefonla danışaraq onu təbrik edib.

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən yarışda yunan-Roma üslubu üzrə 130 kq finalında macar rəqibi Darius Attila Vitek-i məğlub edən Kayaalp, bu qələbə ilə 13-cü çempionluğunu qazanıb və əfsanəvi güləşçi Aleksandr Karelin ilə paylaşdığı rekordu təkbaşına ələ keçirib.

Telefon danışığı zamanı Ərdoğan Kayaalpə “Bu çempionluq bizi çox sevindirdi. Səni ürəkdən təbrik edirəm” deyib. Kayaalp isə təşəkkür edərək, verilən vədin yerinə yetirildiyini bildirib.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version