Prezident Rəcəb Tayyib Ərdoğan, Voleybol Qadınlar CEV Zeren Group Çempionlar Liqasında Türk finalında Eczacıbaşı Dynavit’i 3-1 məğlub edərək çempion olan VakıfBank komandasını təbrik edib.
Prezident Ərdoğan VakıfBank üçün təbrik mesajı yayımlayıb.
O, mesajında belə deyib:
“CEV Zeren Group Çempionlar Liqası çempionu VakıfBank voleybol komandasını ölkəmizi qürurlandıran bu mühüm uğuruna görə təbrik edirəm. Finalın digər iştirakçısı Eczacıbaşı Dynavit komandasını isə göstərdiyi mübarizəyə görə alqışlayıram.”
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

