Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İran Prezidenti Mesud Pezeşkiyan ilə telefon danışığı aparıb. Görüşdə atəşkəs və bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə edilib.
Türkiyənin İletişim Başkanlığının sosial media hesabında yayılan məlumata görə, liderlər əsasən atəşkəs prosesi və regional sabitlik məsələlərinə toxunublar.
Ərdoğan bildirib ki, Türkiyə atəşkəsə nail olunması üçün digər ölkələrlə birlikdə intensiv səylər göstərib.
O, yaxın günlərdə başlayacaq danışıqların davamlı sülh və sabitlik üçün maksimum dərəcədə dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, prosesi pozmaq istəyən qüvvələrə imkan verilməməsi böyük əhəmiyyət daşıyır. Türkiyənin bu yeni mərhələdə də dost ölkələrlə birlikdə hər cür dəstəyi göstərməyə hazır olduğu bildirilib.
Ərdoğan, qardaş İran xalqının itkiləri ilə bağlı başsağlığı verərək, Türkiyənin əsas məqsədinin bölgədə sağlam düşüncə və dialoq mühitinin formalaşdırılması olduğunu qeyd edib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
