Gundelik.az Siyasət Ərdoğan: Azərbaycanla dialoq halında Ermənistanla normallaşma proseslərimizi irəlilədirik
Siyasət Xəbərlər

Ərdoğan: Azərbaycanla dialoq halında Ermənistanla normallaşma proseslərimizi irəlilədirik

İllərdir sülhə həsrət qalan Cənubi Qafqaz, bu gün tarixi bir dövrdən keçir.

Gundelik.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa heç olmadıqları qədər yaxındırlar:

“Prosesə paralel olaraq, Azərbaycanla dialoq halında biz də Ermənistanla normallaşma proseslərimizi irəlilədirik. İnşallah gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atacağıq”.

Exit mobile version