Gundelik.az Dünya İndoneziyada ölənlərin sayı 1000 nəfəri ötüb
Dünya Xəbərlər

İndoneziyada ölənlərin sayı 1000 nəfəri ötüb

İndoneziyanın Sumatra adasında şiddətli yağışların yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1030-a çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Açıqlamada sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayının 1030-a çatdığı, 206 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.

Səlahiyətlilər şiddətli daşqın və sürüşmələrdən zərər çəkmiş ərazilərdə bərpa prosesinin vaxt apara biləcəyini, lakin 2-3 ay ərzində normal vəziyyətə qayıtmağı hədəflədiklərini bildirib.

Qeyd edilib ki, bölgəyə 1000 ədəd ağır texnika göndərilib, yolların əksəriyyəti bərpa olunub.

Exit mobile version