Gundelik.az Dünya Ərəb liqası Sudanın sülh planını qəbul edir
Dünya Xəbərlər

Ərəb liqası Sudanın sülh planını qəbul edir

Sudanın silahlı RSF qruplaşması sülh planını rədd edib və geri çəkilməsi ilə bağlı təklifləri “siyasətdən çox fantaziya kimi” qiymətləndirib.
Ərəb Liqasının baş katibi bu həftənin əvvəlində Sudanın baş naziri Kamil İdris tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim olunan sülh planını alqışlayıb.
Gheit çərşənbə günü bildirib ki, 22 üzvü olan liqa yaxınlarda açıqlanan təşəbbüsü dəstəkləyir. Plan atəşkəsin elanını və münaqişənin beynəlxalq nəzarətini nəzərdə tutur. O, planın “çox vacib siyasi, humanitar və təhlükəsizlik mesajlarını” yüksək qiymətləndirib və planla “müsbət əməkdaşlığa” çağırıb.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version