İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Emoməli Rəhmon: Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır

Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır.

Gundelik.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon EC-nın 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, region ölkələri ilə ticari-iqtisadi əməkdaşlıq Tacikistanın xarici siyasətinin əsas istiqamətlərindən biridir: “Ticarət və maliyyə, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı regionun inkişafı üçün ilkin şərtdir. 2024-cü ildə Tacikistanın ticarət dövriyyəsində ECO-ya üzv ölkələrdəki payı 33% təşkil edib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 18%-lik artım deməkdir. Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır”.

Gundelik.az