Gundelik.az Ölkə Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrıldı
Ölkə Xəbərlər

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.

Gundelik.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, E.Hidayətoğlu 2023-cü ilin dekabr ayından bu vəzifədə çalışırdı. O, 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində işləyib. Beləliklə, E.Hidayətoğlu 5 ildən artıq müddətə tibb sahəsində PR rəhbəri kimi fəaliyyət göstərib. 

Exit mobile version