Azərbaycanda bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchiza üçün avadanlıqlar alınıb quraşdırılacaq.
Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə start verib.
Nazirlik hələlik sözügedən işlərin hansı təhsil müəssisələrində aparılacağını açıqlamasa da, qeyd olunan işlərin 9,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Eyni zamanda, nazirlik hazırda bəhs olunan işləri icra edəcək şirkət axtarışındadır.
Gundelik.az

