İyul 8, 2026
Baku
Ədəbiyyat

Elm tariximizdə Nəsirəddin Tusinin 825 illik yeri

Əxlaq insanın daxilindəki nizamdır.”
“Elm insanı cahillikdən qurtaran ən böyük sərvətdir.”
“İnsanın dəyəri onun ağlı və əməlləri ilə ölçülür.”
Nəsrəddin Tusi

Azərbaycan və ümumilikdə Şərq elmi-fəlsəfi fikrinin inkişafında mühüm yer tutan görkəmli alim və mütəfəkkir Nəsirəddin Tusi (1201–1274) çoxşaxəli irsi ilə dünya elminin tanınmış simalarından biridir. O, fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, əxlaq, ilahiyyat və dilçilik sahələrində yazdığı fundamental əsərlərlə orta əsrlər elmi düşüncəsinə dərin təsir göstərmişdir. Tusinin yaradıcılığı yalnız dövrünün elmi səviyyəsini əks etdirməyib, bu gün də aktual olan ideyaları ilə lazımlıdır.
Azərbaycan və Şərq intellektual tarixində görkəmli alim və mütəfəkkir Nəsirəddin Tusinin zəngin elmi irsinin təbliği bu gündə aparılmaqdadır. Çünki,
onun fəlsəfə, əxlaq, məntiq, riyaziyyat və astronomiya sahələrində yazdığı əsərlər bu gün də oxucular üçün dəyərli bilik mənbəyi olaraq aktuallığını qoruyur.
Xacə Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı isə Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsirəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir. Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərindən biri hesab edilən Həmədan şəhərindəndir. Dövründə hökmdarın qəzəbinə düçar olan gənc alim həbs edilərək əlçatmaz dağ zirvəsində yerləşən Ələmut qalasına aparılmışdır. O, burada məşəqqətli sürgün həyatı keçirmişdir. Xoşbəxtlikdən qalada zəngin kitabxana olduğundan Nəsirəddin Tusi həbsxanada keçirdiyi 12 il müddətində elmi yaradıcılıqla məşğul olmuş və orada bir sıra qiymətli əsərlər yazmışdır. Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü ilə Tusinin məhbus həyatı sona çatmışdır. Çünki, Xan Nəsirəddini və digər alim məhbusları həbsdən azad etmişdir. Bir qədər sonra Nəsirəddin Hülakü xanın şəxsi məsləhətçisi təyin olunmuşdur. İlk təhsilini ailəsində almış, ərəb və fars dillərini, məntiqi, riyaziyyatı, fəlsəfəni və dini elmləri erkən yaşlarından öyrənmiş alim gənclik illərində Nişapur və digər elm mərkəzlərində təhsilini davam etdirmişdir. Burada Aristotel fəlsəfəsi, İbn Sina irsi, məntiq, həndəsə və astronomiya sahələrində dərin biliklər əldə etmişdir. XIII Alamut qalasında yaşadığı dövr onun elmi yaradıcılığı üçün məhsuldar olmuş, bir çox fəlsəfi və əxlaqi əsərlərini məhz burada qələmə almışdır. Ömrünün son illərini elmi fəaliyyətlə keçirmiş və bir çox əsərlər yazmış alim 1274-cü ildə Bağdadda vəfat etmiş, Nəcəf şəhərində dəfn olunmuşdur. Alimin zəngin elmi irsi əsrlər boyu müxtəlif elm sahələrinin – fəlsəfə, əxlaq, riyaziyyat, astronomiya, məntiq və ilahiyyatın inkişafına mühüm töhfələr vermişdir. Bu əsərlər riyaziyyat, astronomiya, fəlsəfə, məntiq, tibb və tərbiyə kimi bir çox elmi sahələrinə dərin təsir göstərmiş, xüsusən “Zici-Elxani” əsəri ilə astronomiya, “Evklid” təsviri ilə riyaziyyatı Avropaya yayılmışdır. “Əxlaqi Nasir” əsəri ilə müəllf, etik və tərbiyəvi fikirləri zənginləşdirərək gələcək nəsillərə dəyərli töhfələr vermişdir. Marağa Rəsədxanası isə onun astronomiya elmindəki əsas nailiyyətlərindən biridir.  “Zic Elxani” Nəsirəddin Tusinin astronomiya və fizika sahəsində ən məşhur astronomik cədvəl və işləmələridir, lakin onun astronomiya, fizika, riyaziyyat, geologiya, mineralogiya, tibb, coğrafiya, məntiq kimi müxtəlif sahələrə aid 100-dən artıq əsəridə vardır ki, bu əsərlər öz sahəsində dünya alimləri üçün böyük mənbə rolunu oynamışdır. Qeyd etdiyimiz əsər Tusi tərəfindən tərtib
edilmiş, Mars, Yupiter kimi planetlər, ulduzlar və digər astronomik hadisələr haqqında məlumatları ehtiva edən dəqiq cədvəllər toplusudur. Əsər “Tusi Cədvəli” və ya “Tusi Cədvəlləri” kimi də tanınır və bütün Şərq və Qərb astronomları üçün əhəmiyyətli mənbə hesab edilir. N.Tusi fizika, riyaziyyat xüsusən həndəsə, triqonometriya, geologiya, mineralogiya, tibb, iqtisadiyyat, coğrafiya, musiqi kimi sahələrə aid əsərlər də yazmışdır. Belə əsərlərdən “Əs-Səhifə fi ilm il-heyət (Astronomiya haqqında risalə), “Fi l-İşraq fi əl-ulüm əl-tabiyə” (Təbiət elmlərində işıq haqqında) və işığın əks olunması, sınması (optika), cisimlərin hərəkəti kimi mövzuları əhatə edən risalələri buna misal göstərmək olar. Onun Marağa Rəsədxanasındakı işləri və Zic-i İlkhani kitabı da astronomiya sahəsindəki ən mühüm töhfələrindəndir.

Bu gün bütün bəşər mədəniyyəti və sivilizasiyası Əcəmi Əbubəkir oğlunun memarlığına, Nizami Gəncəvinin poetik istedadına, Bəhmənyarın fəlsəfəsinə, Yusif Məmmədəliyev və Lütfi Zadə kimi alimlərin kəşflərinə minnətdar olduğu kimi görkəmli elm adamı Nəsirəddin Tusi də elmi fəaliyyətinə borcludur.məhz belə əvəzsiz şəxsiyyət və görkəmli xadimlərdən biri olan alimin adı bəşər tarixində göstərdiyi misilsiz xidmətlərə görə öndə gəlir. Bu da fəxarət və qürur doğuran haldır ki, Azərbaycan xalqının görkəmli övladları Nizami Gəncəvi bəşər tarixində şeriyyət və sözün qüdrət simvolu hesab olunduğu kimi, Nəsirəddin Tusi də elmin simvolu olaraq həmişə ehtiramla xatırlanır. Tusinin qəbir daşında da bu sözlər yazılmışdır: “Millətin və dinin müdafiəçisi, elm sahəsinin padşahı – belə oğulu zaman-ana hələ doğmamışdır”

Türk-müsəlman dünyasının ilk əxlaq kitabı 800 il bizimlə Əxlaqi Nasir Nəsrəddin Tusinin ən məşhur fəlsəfi-əxlaqi əsərlərindən biridir. Əsər insanın mənəvi kamilliyi, ailə münasibətləri və cəmiyyətin ədalətli idarə olunması haqqında sistemli təlim təqdim edir. Əsər üç əsas hissədən ibarətdir:Müəllif
“Əxlaqi-Nasiri” əsərində yazdığına görə “İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumi edilən sualda camaatı qabaqlayıb irəli düşməməlidir. Biri cavab verirsə, daha qabil cavab verməyə qadir olsa da, səbir etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Başqalarının söhbətinə qarışmamalı, onlara gizlin qulaq asmamalıdır. Özləri müraciət etməsələr, söhbətə qoşulmamalıdır”.
Deyə bilərik ki, Nəsrəddin Tusinin zəhməti ilə qurulan Marağa rəsədxanası Şərq elmi, təhsili və mədəniyyətinin ən əzəmətli abidələrindən biridir. Onun “Əxlaqi- Nasiri” əsəri isə yaratmış olduğu Marağa rəsədxanası qədər məşhurdur. Bu əsərin yaranma tarixini şərh edən Tusi göstərirdi ki, İsmaili hökmdarı Nasir əxlaq, fəlsəfə, məntiq məsələləri ilə maraqlandığından Tusini yanına çağıraraq Əbu Əli Əhməd İbn Məhəmməd İbn Yaqub İbn Misqəveyhin “Ət-təharə” adlı əxlaq kitabını fars dilinə tərcümə etməyi ona təklif edir. Lakin geniş dünyagörüşə və dərin elmi biliklərə sahib olan Tusi bu kitabı tərcümə etməkdən imtina edir və “Ət-təharə” kitabında olmayan “Əxlaqın saflaşdırılması”, “Ev qurmaq və şəhərlər salmaq haqqında” fəsillər daxil etməklə özünün orijinal “Əxlaqi-Nasiri” adlı kitabını yazıb tamamlayır. Bu kitab 700 ildən artıq müddətdə orta və yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi istifadə edilib. Tusi bu kitabla özünü mahir müəllim, nəzəriyyəçi, pedaqoq, ustad olduğunu sübut edib. Nəsirəddin Tusi belə hesab edirdi ki, əgər bu fəzilətin hər ikisi kimdə varsa, o ən müdrik insan, ən kamil alimdir. Belə adamın yeri bəşər övladının tuta biləcəyi ən yüksək mövqedə durmalıdır. “Əxlaqi-Nasiri” əsərinin “Məqsədlər haqqında” bölməsi əxlaqı saflaşdırmaq baxımından olduqca maraqlıdır. Bu bölmədə uşaqların fitri qabiliyyət və istedadından, təcrübə vasitəsilə əldə olunan peşə və vərdişlərdən, mühit və şəraitdən, uşaqlıq və gənclik dövründəki tərbiyədən, insanın formalaşmasında təlim və tərbiyənin oynadığı böyük roldan danışılır. Kitabda olan müdrik söhbətlər həyati misallarla nümayiş etdirilir.Tusi ailədə tərbiyə işində əsas sima kimi müəllim və tərbiyəçilərin rolunu yüksək qiymətləndirir, onların yüksək təhsilli, elmli, əxlaqlı, tələbkar, mərhəmətli, şirin danışıqlı və ehtiramlı olmasını vacib hesab edirdi. Tərbiyə prosesində mənəvi təmizliyə, əxlaq saflığına, vicdan aydınlığına son dərəcə yüksək qiymət verən mütəfəkkir bu keyfiyyətləri uşaqlara kiçik yaşlarından aşılamağı lazım bilirdi. Tusi uşaqların əxlaq tərbiyəsində cəza, tərif, alqışlamaq, mükafat və şirnikləndirmək kimi rəğbətləndirmə vasitələrinə xüsusi yer ayırırdı. “Əxlaqi-Nasiri” əsərində “Nəfsin sağlamlığı”, “Nəfsi xəstəliklərin aradan qaldırılması” kimi tərbiyə elmi üçün vacib olan fəsillər mühüm yer tutur. Burada qeyd edilir ki, uşaqların pis hərəkətlərinin səbəbini aşkara çıxarıb onları islah etdikdən sonra tərbiyə öz məqsədinə nail ola bilər. “Boyaqçı paltarı çirkdən təmizləməyincə, o lazım olan rəngi tutmaz”. Tusi əsərində nəfsi sağlamlığı qorumaq üçün sağlam ruhlu, tərbiyəli, namuslu, istedadlı, nəzakətli dostlarla oturub durmağı məsləhət görürdü. İnsan nəfsini sağlamlaşdırmaq üçün faydalı əməyi əsas şərt hesab edirdi. Tusi yazırdı ki, faydalı əməyi sevməyən adam gec-tez fəlakətlə üzləşməlidir. Tusi ailəni tam bir bədənə bənzədirdi. Ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edirdi. O, göstərirdi ki, bədənin ayrı-ayrı hissələri ağrıdıqda, bütün bədən laxladığı kimi, ailə üzvlərinin də birinin tərbiyəsindəki naqislik bütün ailəni tar-mar edə bilər. Ona görə də ailə üzvlərinin hamısına eyni münasibət göstərmək, heç birinə üstünlük verməmək, onların arasında düzgün əmək bölgüsü aparmaq, ailədə möhkəm nizam-intizam yaratmaq kimi davranışları möhkəm ailənin dayaqları hesab edirdi. Tusi ideal tərbiyəli ailə yaratmaq üçün ev yeri seçməyi, ev tikdirməyi, ailəni saxlamaq üçün mal toplamağı, qənaətçil olmağı, evi idarə etmək qanunlarını bilməyi, qazandığı pulları simiclik etmədən ehtiyatla xərcləməyi gənclərə öyrətməyi vacib hesab edirdi. Tusi “Əxlaqi-Nasiri” əsərində övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında da qiymətli fikirlər irəli sürüb. O, uşağın tərbiyəsində ən birinci cəhət kimi onda həya hissini oyatmağı zəruri hesab edirdi.  Uşaqlara zorla yemək verməyi, bahalı paltar geyindirməyi tənqid edərək yazırdı ki, sadə geyim uşaqların həqiqi vəziyyətlərini göstərmək üçün əsas şərtdir. Qeyd edirdi ki, uşaqlara elə tərbiyə vermək lazımdır ki, onlar ata-babalarından qalan var- dövlətlə lovğalanmasınlar, zəiflərə əl qaldırıb, güclülərə boyun əyməsinlər, tay- tuşlarına paxıllıq etməsinlər. “Əxlaqi Nasiri” əsərində qızların tərbiyəsindən danışarkən Tusi onlara evdarlıq işlərini öyrətməyi, vüqarlılıq, iffət, həya kimi xüsusiyyətləri aşılamağı vacib hesab edirdi. Qızlara faydalı peşələrin öyrədilməsini, onlara təhsil verilməsi zəruriliyini önə çəkərək onların bir ana kimi yetişməsi üçün lazım olan bütün keyfiyyətləri öyrətməyi tövsiyə edirdi. Tusiyə görə tərbiyənin ən müqəddəs vəzifəsi yalan danışmağın qabağını almaq, istər yalandan, istərsə də doğrudan and içməyə yol verməməkdir. Tusi tərbiyənin lap kiçik yaşlardan başlanmasını lazım bilərək yazırdı: “Sokratdan soruşurlar: Sən nə üçün həmişə yeniyetmələrlə həmsöhbət olursan? -deyir: ona görə ki, nazik tər budaqları düzəltmək asandır. Təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”. Cəvahirnamə isə Nəsirəddin Tusinin elm tarixində mühüm yer tutan
mineraloji–təbiətşünaslıq əsərlərindən biridir. Əsərin adı “cəvahir” – yəni qiymətli daşlar, minerallar mənasını verir. Əsərin əsas xüsusiyyətləri qiymətli və yarımqiymətli daşlar, metallar, onların növləri, fiziki xüsusiyyətləri haqqındadır. Əsərdə əsasən mineralogiya, təbiət elmlərindən söhbət açılır. Əsər orta əsr elmi ənənəsinə uyğun olaraq fars dilində yazılmışdır. Məzmun baxımından əsərdə daşların rəngi, sərtliyi, parıltısı, faydası haqqında məlumatlar verilmiş, mineralların təbii yaranma səbəbləri, daşların tibbdə və məişətdə istifadəsi, batil inanclardan çox, rasional və elmi izahları açılmışdır. Əsərin yazılması Şərqdə mineralogiya elminin inkişafına mühüm töhfə hesab edilir. Marağa Rəsədxanası və Nəsrəddin Tusi Hülakü xan dövründə xüsusilə astronomiyanın dövlət idarəçiliyi və təqvimlərin hazırlanması baxımından əhəmiyyətini anlayıb onu tikdirdikdən sonra rəsədxananın rəhbərliyini Nəsrəddin Tusiyə tapşırdıqdan sonrakı qurulma prosesində Nəsrəddin Tusinin təşəbbüsü ilə Marağa rəsədxanası sadəcə müşahidə məkanı deyil, kompleks elmi mərkəz kimi nəzərdə tutulmuşdur. Rəsədxananın tərkibinə astronomik müşahidə qurğuları, 400 mindən çox kitab olduğu qeyd edilən kitabxana, alimlərin yaşayıb, işləməsi üçün xüsusi binalar daxil olacaqdı. Marağa rəsədxanada müxtəlif ölkələrdən – Azərbaycan, İran, Orta Asiya, Çin və Bizansdan olan alimlər fəaliyyət göstərirdi. Marağa rəsədxanası inkişafı ilə sonrakı Səmərqənd (Uluqbəy) rəsədxanasına nümunə olmuş, astronomiyanın riyazi əsaslarının inkişafına güclü təsir göstərmişdir. Tusi özü “Zici-Elxani” adlı əsərində rəsədxananın tikilməsi haqqında belə yazırdı: “Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini.”

Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-Çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?” Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin.” Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: “hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər.” Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik məvacib kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib – hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından
biri bizim günlərə qədər çatmış və hal-hazırda Almaniyanın Drezden şəhərində saxlanır. Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi. Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub.
“Cədvəllər”in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub. Tusi Marağa Rəsədxanasının direktoru kimi astronomik instrumentlərin təkmilləşdirilməsi (Asturlab), yeni gözləmlər aparılması (Zic-i İlkhani) və Tusi- quşağı kimi riyazi/astronomik modellərin yaradılması ilə fizika və astronomiyanın inkişafında həlledici rol oynamışdır.

Nərgiz Məcidova

Metodist

Gundelik.az