Sentyabr 30, 2026
Baku
Ölkə Xəbərlər

DYP lizinq şirkətini 300 manat cərimələdi

“TSB Lizing” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Gundelik.az yurd.media-ya istinadən xəbər verir ki, şirkət inzibati xəta törədilən BYD markalı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatı Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi tərəfindən sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməyib. 

Bildiriş və xəbərnamədən görünür ki BYD avtomobilini idarə edən şəxs tərəfindən Ələt-Astara yolunun 142-ci kilometrliyində, Astara istiqamətində İnzibati Xətalar Məcəllənin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilib. 

Sorğuya cavab verilmədiyi üçün MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “TSB Lizing” 300 manat cərimə olunub.

Qeyd edək ki, 100 manat nizamnamə kapitalı ilə 2 il əvvəl yaradılmış “TSB Lizing”in direktoru İsmayıl İsmayılovdur.