Kamerun Prezidenti Pol Biya 99 yaşına qədər hakimiyyətdə qala bilər.
Gundelik.az-ın BBC-yə istinadən məlumatına görə, artıq dünyanın ən yaşlı lideri olan 92 yaşlı Biya oktyabrın 12-də keçiriləcək prezident seçkilərində qalib gələrsə, səkkizinci dəfə dövlət başçısı olacaq.
Məlumata əsasən, seçkilərdə Biyadan başqa daha 12 namizəd iştirak edəcək, 71 nəfərin namizədliyi isə qeydə alınmayıb. Müxalifət lideri Moris Kamto namizədlər siyahısından çıxarılıb və bunu siyasi motivli qərar adlandırıb.
Biyanın əsas rəqibləri arasında 78 yaşlı Bello Bouba Maigari, 75 yaşlı İssa Çiroma Bakari, 72 yaşlı Akere Munanın oğlu, 52 yaşlı Coşua Osih və 38 yaşlı Kabral Liviya var.
Biya 1982-ci ildən bəri ölkəyə rəhbərlik edir və bu müddətdə yeddi dəfə prezident seçilib. Ondan daha uzun müddət hakimiyyətdə olan yeganə lider Ekvatorial Qvineya Prezidenti Teodoro Obianq Nquema Mbasoqodur. Digər uzunmüddətli lider isə Konqo Prezidenti Denis Sassu Nqessodur.
Gundelik.az
