Dünyada dollar milyarderlərinin ümumi sərvəti ötən il 16% artıb.
Bu da son beş ildəki orta illik artım tempindən üç dəfə çoxdur.
Gundelik.az xəbər verir ki, bu barədə hesabat ənənəvi olaraq Davosda keçiriləcək Dünya İqtisadi Forumundan əvvəl dərc olunur.
Qeyd edilib ki, ötən il milyarderlərin sərvəti 2,5 trilyon dollar artıb. 2020-ci ildən bəri onların sərvəti 81% artaraq 18,3 trilyon dollara çatıb.
Bu məbləğ dünya miqyasında ifrat yoxsulluğun 26 dəfə aradan qaldırılmasına kifayət edər. BMT metodologiyasına görə, ifrat yoxsulluq adambaşına gündəlik 3 dollardan az gəlir kimi müəyyən edilir. Dünya Bankının məlumatına görə, dünya əhalisinin təxminən 10%-i bu kateqoriyaya aiddir.
Ötən il dollar milyarderlərinin sayı isə ilk dəfə 3000-i keçib və dünyanın ən varlı adamı İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.
