İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Dünya daha az şərab içir

2024-cü ilin sonuna qədər qlobal şərab bazarının həcmi təxminən 10 milyard dollar azalıb.

Gundelik.az xəbər verir ki, İtaliyanın “Winenews” portalı Statista məlumatlarına istinadla bildirir ki, insanlar əvvəlki illərlə müqayisədə daha az şərab içirlər.

Hazırda şərab istehlakı 332,92 milyard dollar təşkil edir. Bazarın ən böyük hissəsi evdə istehlaka aiddir — 18,43 milyard litr və ya ümumi bazarın 78 faizi. Lakin bu seqment gəlirin yalnız bir qədər çoxunu (53 faiz) təmin edir — 180,9 milyard dollar. HoReCa sektorunda (restoranlar, şərab barları, kafelər və digər ictimai iaşə müəssisələri) isə şərab istehlakı 5,26 milyard litr olub və 155,7 milyard dollar dövriyyə yaradaraq qlobal bazarın 47 faizini təşkil edib.

Tədqiqatçılar bildirirlər ki, evdə içilən hər litr şərab bazara orta hesabla 9,8 dollar gəlir gətirir, ictimai iaşə müəssisələrində istehlak edilən hər litr şərab isə üç dəfə çox — 29 dollar qazanc təmin edir.

Mütəxəssislərin proqnozuna görə, yüngül azalmalara baxmayaraq, şərab bazarı yaxın illərdə yenidən böyüməyə başlayacaq. 2030-cu ilə qədər qlobal dövriyyənin 33,9 milyard dollar artacağı, artım prosesinin isə artıq 2025-ci ildən başlayacağı gözlənilir. Statista-nın məlumatına əsasən, gələn ilin sonuna qədər şərab dövriyyəsi 23,69 milyon litr həcmində 336,6 milyard dollara çatacaq.

Roskaçestvo isə proqnozlaşdırır ki, 2025-ci ilin sonuna qədər Rusiyada şərab istehsalı 2024-cü illə müqayisədə ən azı 10 faiz artacaq. Bu artımın əsas səbəbi ölkədə kəskin şaxtaların müşahidə olunmaması və üzüm bağlarının mütəmadi genişlənməsi ilə izah olunur. Bu il, həmçinin, dörd il əvvəl əkilmiş üzüm tənəklərindən ilk məhsul yığılacaq.

Gundelik.az