Dövlət Sosial Müdafiə Fondunun (DSMF) inzibati binası əsaslı təmir olunacaq.
Gundelik.az xəbər verir ki, təmir işlərinin icrası “TVM İnşaat” şirkətinə həvalə olunub.
Bununla bağlı şirkətlə müqavilə bağlanılıb və müqaviləyə əsasən əsaslı təmir işlərinə 3 milyon 770 min manat vəsait sərf olunacaq.
Qeyd edək ki, DSMF-nin inzibati binası paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşir.
