Azərbaycan Respublikasında əhalinin təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə mühüm rola malik olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir.
Ölkəmizdə bu sahədə əldə olunan uğurların əsasında,Cənab Prezident, qalib lider, İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət dayanır. Dövlət başçısının diqqət və qayğısı nəticəsində fövqəladə hallar sahəsində maddi-texniki baza gücləndirilmiş, xidmət strukturları müasir standartlara uyğun şəkildə inkişaf etdirilmişdir.
Bu uğurlarda FH naziri,hörmətli Kamaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Nazirliyin fəaliyyəti nəticəsində yanğından mühafizə, xilasetmə və digər istiqamətlərdə operativlik və peşəkarlıq səviyyəsi xeyli yüksəlmişdir.
Nazirliyin əsas struktur qurumlarından biri olan Dövlət Yanğından Mühafizə Xidməti bu sahədə mühüm vəzifələri uğurla icra edir. Xidmətin rəhbər heyətində təmsil olunan peşəkar və təcrübəli kadrlar sırasında rəis müavini, daxili xidmət polkovniki Seyidov Mircavad xüsusi yer tutur.
Daxili xidmət polkovniki Seyidov Mircavad öz xidməti fəaliyyəti ilə peşəkarlıq, prinsipiallıq və dövlətə sədaqətin bariz nümunəsi kimi seçilir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə xidmətin fəaliyyətində nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi və operativliyin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Eyni zamanda, Seyidov Mircavadın təşəbbüsləri ilə yanğın təhlükəsizliyi sahəsində profilaktik tədbirlər genişləndirilmiş, əhali arasında maarifləndirmə işləri daha sistemli və məqsədyönlü şəkildə təşkil olunmuşdur. Onun idarəçilik bacarığı, insanlara münasibətdə diqqəti və məsuliyyətli yanaşması kollektiv daxilində yüksək nüfuz qazandırmışdır.
Qeyd olunmalıdır ki, Seyidov Mircavad kimi peşəkar və fədakar kadrların fəaliyyəti Dövlət Yanğından Mühafizə Xidmətinin ümumi uğurlarında mühüm rol oynayır və bu xidmətin cəmiyyət qarşısında etibarlı dayaq kimi formalaşmasına töhfə verir.
Bu gün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və onun struktur bölmələri ölkədə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayaraq vətəndaşların etimadını doğrultmaqda davam edir.
Gundellik.az
