Gundelik.az Xəbərlər İqtisadiyyat Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olunub
İqtisadiyyat Xəbərlər

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olunub

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru Nazim Qasımzadə yeni vəzifəyə təyinat alıb.

Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış “B&B Security”nin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, N.Qasımzadə 2009-cu ildən Dövlət Xəzinədarlıq Agentliyində müxtəlif vəzifələrdə işləyib. O, 2022-ci ildən Agentliyin direktoru vəzifəsində çalışıb və bu ilin yanvarında vəzifəsindən azad olunub.

Qeyd edək ki, “B&B Security” 2019-cu ildən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir və istənilən biznesin kibertəhdidlərə qarşı dayanıqlığını artırmaq üçün kibertəhlükəsizlik həlləri təqdim edir.

Exit mobile version