İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Dövlət xəttilə verilmiş ipoteka kreditinin həcmi açıqlanıb

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 375 borcalana 3,611 milyard manat kredit verilib.

Bu barədə Gundelik.az İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

7 793 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Gundelik.az