Gundelik.az Xəbərlər İqtisadiyyat Yeddi illik vergi güzəştləri bitir: gələn il əməkhaqqından tutulan vergilər 30% artacaq
İqtisadiyyat Xəbərlər

Yeddi illik vergi güzəştləri bitir: gələn il əməkhaqqından tutulan vergilər 30% artacaq

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05% çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq.

Bəs bu artım nəyin hesabına olacaq?

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

Onun sözlərinə görə, adətən belə artımlar daha çox 5 səbəbdən baş verir: “Birinci səbəb əmək haqlarının artması ola bilərdi. Lakin əmək haqlarının 29-30 faiz artması gözlənilmir.

İkincisi, iş yerlərinin sayının artmasıdır ki, heç yeni iş yerləri də bu qədər arta bilməz.

Üçüncüsü, inflyasiyanın təsirilə ola bilər ki, amma bu həcmdə heç vaxt.

Dördüncü hal, vergi dərəcələrinin dəyişməsilə baş verər bilərdi. Lakin vergi dərəcələrinin dəyişməsi, hələ, bu həcmdə dəyişməsi gözlənilən deyil”.

Bəs onda 30 faizə yaxın verginin artması necə baş verəcək?

İqtisadçı bildirib ki, 2019-cu ildə qəbul edilmiş bir güzəşt sonlandırıla bilər: “Belə ki,  bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. Yəni, 2026-ci ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq”.

“Bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq. Təbii ki həmin kateqoriyadan olan şəxslərin vergi yükü də artacaq.

“Bəs, 2019-cu ildə bu güzəşt niyə edilmişdi?” – deyə soruşan olsa, cavab sadədir: bu gəzəşitin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi”, – deyə E. Əmirov qeyd edib.

Gundelik.az 

Exit mobile version