MHP ilk dəfə bu göstəricini gördü.HBS Araşdırma şirkətinin 1–5 fevral 2026-cı il tarixlərində 3 min nəfərlə keçirdiyi sorğuda CHP 32,6 faizlə birinci, AK Parti isə 32,1 faizlə ikinci yerdə qərarlaşıb.Sorğuda MHP-nin səs faizi isə 5,2 səviyyəsində ölçülüb. MHP lideri Devlet Bahçeli daha əvvəl də onları seçki baryerindən aşağı göstərən sorğu şirkətləri barədə belə demişdi:“Demokratiyaya və millət iradəsinə qəsd etmək üçün sıraya düzülən yönləndirilmiş sorğu şirkətlərinin hamısı ayaqlarımızın altında paspasdır.”HBS Araşdırmanın 1–5 fevral 2026-cı il tarixlərində 3 min iştirakçı ilə keçirdiyi ümumi seçki sorğusunun nəticələri ictimaiyyətlə paylaşılıb. Sorğuda CHP ilə AK Parti arasındakı fərqin olduqca az olduğu görünüb.
AK PARTİ VƏ CHP BAŞ-BAŞADIR
Araşdırmaya görə, CHP 32,6 faizlə birinci yerdədir, AK Parti isə 32,1 faizlə ikinci sıradadır. İki partiya arasındakı fərq 0,5 faiz bəndi olaraq ölçülüb.MHP-NİN SƏS FAİZİ 5,2
DEM Parti 8,6 faiz səslə üçüncü yerdə qərarlaşıb. İYİ Parti 5,7 faiz, Anahtar Parti 5,4 faiz və MHP 5,2 faiz səviyyəsində ölçülüb. Zafer Partiyasının səs faizi 3,3, YRP-nin 3,2, TİP-in isə 1,4 faiz olub. Digər partilərin ümumi səs faizi isə 2,5 faiz təşkil edib.
BAHÇELİ SORĞU ŞİRKƏTLƏRİNİ TƏNQİD ETMİŞDİ
Daha əvvəlki açıqlamalarında sorğu şirkətlərinin etibarlı olmadığını bildirən Devlet Bahçeli belə demişdi:“Biz sorğuya yox, ölkəmin və millətimin təmiz insanlarına baxırıq. Demokratiyaya və millət iradəsinə qəsd etmək üçün sıraya düzülən yönləndirilmiş sorğu şirkətlərinin hamısı ayaqlarımızın altında paspasdır. Biz sorğu ilə doğulmadıq ki, sorğusuz ölək. Həqiqi sorğunu aparacaq olan millətdir.”
Tərtib etdi: Jalə Əliyeva
Gundelik.azi:
