Gundelik.az Siyasət Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
Siyasət Xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi

 

Bu gün 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova seçicilərlə növbəti qəbulunu keçirib. Görüş zamanı vətəndaşlar onları narahat edən bir sıra aktual məsələlərlə bağlı deputata müraciətlər ünvanlayıblar.

Gundelik.az   BUGÜN TV-yə istinadla  xəbər verir ki, qəbulda əsasən torpaq və mülkiyyət məsələləri, mənzil problemi, eləcə də işsizliklə bağlı çətinliklər müzakirə olunub. Deputat qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə müvafiq əlaqələrin yaradılacağını bildirib.

Elnarə Akimova qeyd edib ki, seçicilərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması və onların dövlət orqanları ilə əlaqələndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. O, vətəndaşlarla birbaşa ünsiyyətin onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Gundelik.az

 

Exit mobile version