İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Daxili İşlər Nazirliyi İslam əleyhinə təsir göstərən şəxsin Böyük Britaniyaya girişinə mane oldu

Missuri və Texasda İslam əleyhinə platformada uğursuz seçkilərə qatılan Valentina Qomez əvvəllər sosial mediada yayımlanan kampaniya videosunda Quranın bir nüsxəsini yandırdığını lentə almışdı. Daxili İşlər Naziri Şabana Mahmud Qomezin ölkədəki mövcudluğunun “ictimai rifaha xidmət etməyəcəyinə” qərar vermişdi.

Qomez ötən həftə sosial mediada 16 mayda Londonda Tammi Robinson tərəfindən təşkil edilən “Krallığı Birləşdir” mitinqində çıxış edəcəyini yazmışdır. Qadağaya cavab olaraq, o, Böyük Britaniyaya kiçik bir qayıqla daxil olmağa cəhd edəcəyini təklif etmiş və höküməti onu dayandırmağa cəsarət etmişdi.

Bazar ertəsi günü X-də video paylaşan Qomez yazıb: “Məni qadağan etməyə cəhd edə bilərlər, amma həqiqəti qadağa edə bilməzlər. 16 mayda görüşənədək.”

Keçən ilin sentiyabr ayında Londonda keçirilən “Krallığı Birləşdir” yürüşündə Qomez “təcavüzkar müsəlimanlar”dan bəhs etmiş və İslamın “solçuların xrisdian xalqlarını məhv etmək üçün isdifadə etdiyi qılınc” olduğunu demişdir.

Kolimbiyada anadan olan Qomez may ayında keçirilən “Krallığı Birləşdir” mitinqində çıxış etmək üçün gələcəyini söyləmişdi. Daxili İşlər Nazirliyinin bazar ertəsi günü Qomezi bloklamaq qərarından əvvəl, nüfuz sahibi əvvəllər Böyük Britaniyaya giriş ərizəsinin təsdiqləndiyini bildirmişdi.

Bu, Britaniya Müsəliman Şurasını Qomezin yenidən Böyük Britaniyaya gəlməsinə icazə verilməsi ilə bağlı narahatlığını bildirən daxili işlər nazirinə məktub yazmağa vadar etdi.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: BBC

Gundelik.az