İyul 8, 2026
Baku
Elm və təhsil Müsahibə

D vitamini vitamin deyil, bir hormondur

 Ötən günlərdə müsahibimiz daxili xəstəliklər uzamanı, ziyalı xanım, Əfsanə Bayramova Gundelik.az saytı oxuculurarına aktual bir mövzu barədə – dəmir çatışmazlığı, fəsadları və onun aradan qaldırılma səbəbləri haqqında məlumat verdi. Mövzunun davamını və  D vitamini əksikliyi haqqında mütəxəssis  rəyini  təqdim edirik:  

Əfsanə xanım, xəstədə hansısa  preparatın təyin olunması xəstənin vəziyyətinə və klinik hala görə dəyişə bilirmi?

— Bəli. Yorğunluq sendromunın ikinci bir səbəbi də D vitamini -nin çatışmazlığıdır. Əslində D vitamini vitamin deyil, bir hormondur və orqanizmdə çox mühüm proseslərdə, metabolik proseslərdə iştirak edir. D vitaminin çatışmazlığı iyirminin altında olan dəyərlərə deyilir ki, bu zaman orqanizmdə xroniki yorğunluq sümük – oynaq ağrıları, əzələ ağrıları, kökəlmə, ruh düşkünlüyü, hansızlıq, infeksion xəstəliklərinə tez yoluxma kimi şikayətlər ola bilir. Çünki D vitamini orqanizmə fosforun,  kalsiumun sorulmasında iştirak edir. D vitamini insulin sintezində iştirak edir. Bu da gələcəkdə insanların şəkərli diabetə yaxalanma riskinin azaldır. D vitamini xərçəng hüceyrələrinin inkişafını ləngidir. Bu səbəbdən də  mütləq şəkildə xronuku yorğunluq sendromu olan yuxarıda sadaladığımız neqatif halları və iş qabiliyyətinin azalması hallarında mütləq şəkildə D vitaminin test olunmalı, və yetərincə dəstək verilməlidir. Biz mütəxəsislər  D vitaminin əllinin üstündə olan bir dəyərlərdə olmağın istəyirik.  100-dən çox olması intaksikasiyadır, bu səbəbdən də həkim tərəfindən test olunmalı və nəticələrə görə düzgün hesablanmış dozalarla dəstək verilməlidir.

Yekun olaraq xroniki yorğuluq şikayətləri olan və  özünü sağlam hesab edən, başqa xronik xəstəliyi olmayan insanlarda  altda yatan səbəb dəmir çatışmazlığı və D vitamini  çatışmazlığı ilk sıralardadır. Təbii ki, əvvəlcə bir klinik həkim tərəfindən xəstədən tam analiz toplanmalı, müayinə olunmalı,  başqa orqanların patalogiyaları inkar edilməli,  ondan sonra orqanizmə yetərincə əksiklik halında  dəmir və D vitaminin dəstəyi olmalıdır.

Gundelik.az