Gundelik.az Ölkə Dərnəgül bazarının İdarə Heyəti ləğv edilir
Ölkə Xəbərlər

Dərnəgül bazarının İdarə Heyəti ləğv edilir

“Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin Müşahidə Şurası və İdarə Heyəti ləğv edilir.

Bu barədə Gundelik.az ASC-dən məlumat əldə edib.

Qeyd edilib ki, bununla bağlı məsələ ASC-nin aprelin 7-də keçirilməsi nəzərdə tutulan səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.

Eyni zamanda ASC-yə direktorun təyin edilməsi və yeni redaksiyada Nizamnaməsinin təsdiq edilməsi də yığıncağın gündəliyindədir.

Qeyd edək ki, “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 93 268 manat, qanuni təmsilçisi isə hazırda Samir Vaqif oğlu Qibləliyevdir. 

Exit mobile version