Gundelik.az Ölkə Dənizkənarı Bulvar İdarəsi PUA-ları bu şirkətdən alır
Ölkə Xəbərlər

Dənizkənarı Bulvar İdarəsi PUA-ları bu şirkətdən alır

Dənizkənarı Bulvar İdarəsi pilotsuz uçuş aparatları (PUA) alır.

Gundelik.az xəbər verir ki, idarə bununla bağlı müvafiq işlərə yekun vurub.

Belə ki, idarə PUA-ların satın alınması ilə bağlı “Bimextech” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 69,5 min manat ödənilib.

Qeyd edək ki, “Bimextech” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Muradov Namiq Arif oğludur.

Gundelik.az 

Exit mobile version