Gundelik.az Dünya “Crocus City Hall”dakı terrorla bağlı yeni detallar AÇIQLANDI
Dünya Xəbərlər

“Crocus City Hall”dakı terrorla bağlı yeni detallar AÇIQLANDI

“Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən şəxslərin ağlı başında olub.

Gundelik.az xəbər verir ki, bu barədə “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən Dalerjon Mirzoyevin vəkili Oleq Vlasov “RİA Novosti”yə bildirib.

“Onların ağlı başında olduqları müəyyən edildi və üstəlik, fiziki sağlamlıqları da yaxşıdır”, – vəkil deyib.

Müstəntiqlərin fikrincə, terror aktı Rusiyaya qeyri-dost dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb və təşkil edilib və cinayətdə beynəlxalq terror təşkilatının üzvləri iştirak ediblər.

Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall”ın konsert zalında terror aktı baş verib.

Konsert başlamazdan əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar.

Rusiya İstintaq Komitəsi terror aktı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) ilə bağlı cinayət işi açıb.

Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin konsert zalında törədilən terror aktında təqsirləndirilən 19 nəfərlə bağlı araşdırmaların başa çatdırıldığını bildirib.

Gundelik.az

Exit mobile version