İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Çindən ABŞ-nin tarif qərarına qarşı mesaj: “Tarif müharibəsində qalib yoxdur”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ Prezidenti Donald Trampın 14 ölkəyə birtərəfli tariflər tətbiq etməsindən sonra ticarət və tarif müharibələrində “qaliblərin” olmadığını bildirib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransında deyib.

Mao Pekinin tariflərin artırılması ilə bağlı mövqeyinin aydın və dəyişməz olduğunu vurğulayıb: “Ticarət və ya gömrük rüsumu müharibələrində qalib yoxdur. Poteksionizm bütün tərəflərin maraqlarına zərər verir”.

Tramp ötən gün sosial media hesabında Tunis, Cənubi Koreya, Malayziya, Qazaxıstan, Yaponiya, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Tayland, Kamboca, Myanma, Çin və Laos da daxil olmaqla 14 ölkə üçün gömrük rüsumlarının dərəcələrini ehtiva edən tarif məktublarını paylaşıb.

Tramp məktublarında avqustun 1-dən etibarən bu ölkələrə tətbiq olunacaq tarif dərəcələrini açıqlayıb və hər hansı cavab tədbiri olacağı təqdirdə bu dərəcələrin artacağını qeyd edib.

Tramp tarif məktublarının onların son təklifi olduğunu bildirib.

Gundelik.az