Gundelik.az Dünya CBS: ABŞ-ın İrana hücumlarının xərci 50 milyard dollara yaxınlaşıb
Dünya Xəbərlər

CBS: ABŞ-ın İrana hücumlarının xərci 50 milyard dollara yaxınlaşıb

ABŞ-ın İrana yönəlik hərbi əməliyyatlarının maliyyətinin 50 milyard dollara qədər yüksəldiyi iddia edilib. Bu rəqəm ABŞ Müdafiə Nazirliyi rəsmilərinin Konqresdə açıqladığı 25 milyard dollarlıq qiymətləndirmədən təxminən iki dəfə çoxdur.

CBS News-un mövzuya yaxın mənbəyə istinadən yaydığı xəbərə görə, Pentaqon rəsmiləri əməliyyatların xərclərini təxminən 25 milyard dollar kimi göstərsələr də, bu rəqəm real vəziyyəti tam əks etdirmir.

Mənbə bildirib ki, açıqlanan rəqəmlərə zərər görən və ya itirilən hərbi texnikanın dəyəri daxil edilməyib. Bu səbəbdən ümumi xərclərin 50 milyard dollar ətrafında olduğu qeyd olunur.

ABŞ–İsrail hücumları və qarşıdurma

Məlumata görə, İsrail və ABŞ İranla aparılan danışıqlar fonunda 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Buna cavab olaraq İran İsrailə və ABŞ-ın regiondakı hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə hücumlar həyata keçirib.

Hücumlar nəticəsində İran rəhbərliyində də itkilər olduğu, o cümlədən yüksək vəzifəli şəxslərin öldüyü iddia edilir.

Bu məlumatlar hələlik müstəqil şəkildə tam təsdiqlənməyib və müxtəlif mənbələr arasında rəqəmlər və hadisələrin şərhi ilə bağlı fərqlər qalmaqdadır.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version