Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının 05 iyun 2026-cı il tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar! Bildiyiniz kimi, Milli Məclisin sədri iyunun 1-dən 3-dək Serbiya Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək idi. Konfrans iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirildi. Tədbir “Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusuna həsr olunmuşdu. Hörmətli deputatlar! Konfransda etdiyim
