Mahmud Quluzadə vəfat etdi
Azərbaycan Kooperasiya Universitetinin keçmiş rektoru Mahmud Quluzadə vəfat edib. Gundelik.az Teleqraf-a istinadən xəbər verir ki, M.Quluzadə 86 yaşında dünyasını dəyişib. Ölümünə qədər Azərbaycan İqtisadiyyat Universitetinin dosenti olan mərhum 1990-cı illərdə Azərbaycan Kooperasiya Universitetinin rektoru işləyib. Qeyd edək ki, Mahmud Quluzadə deputat Aydın Hüseynovun qayınatasıdır. Gundelik.az
