İyul 26, 2026
Baku

Xəbərlər

İqtisadiyyat Xəbərlər

Azərbaycanda həyat sığortası bazarı böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı toplanılıb. Gundelik.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 95,3 milyon manat və ya 17% çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 121,6 milyon manat və yaxud 33,5% artaraq 484,664 milyon manata

Read More
Ölkə Xəbərlər

Azər Maqsudova hökm oxundu

Tanınmış Alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub. “Report” un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. A.Maqsudov cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.

Read More
Ölkə Xəbərlər

Tramp Rusiyaya əlavə sanksiyalar tətbiq edə bilər

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.  Gundelik.az xəbər verir ki, o, jurnalistlərin Moskvaya qarşı sanksiyalarla bağlı sualına, “Bunu tezliklə öyrənəcəksiniz” sözləri ilə cavab verib. Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Naziri Scott Bessent tezliklə anti-Rusiya sanksiyalarının əhəmiyyətli dərəcədə artırılacağını açıqlamışdı. O, həmçinin bildirib ki, Tramp Moskva və Kiyev arasında münaqişənin

Read More
Ölkə Xəbərlər

Partlayış səsləri eşidiləcək – Əhaliyə xəbərdarlıq

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Gundelik.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, 27-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Nazirlik partlayış səsləri ilə

Read More
Ölkə Xəbərlər

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Oktyabrın 25-də və 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 19 patron darağı və 3022 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Gundelik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Gundelik.az

Read More
Dünya Xəbərlər

ABŞ şirkəti Ukraynaya 1 milyard dollarlıq silah müqaviləsini pozdu

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arizona ştatında yerləşən “Odlu Silahlar” şirkəti Ukraynaya təxminən 1 milyard dollar dəyərində sursat tədarükü ilə bağlı müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyib. Gundelik.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Məlumata görə, 2022-ci ildə imzalanmış müqavilə çərçivəsində Ukraynaya Sovet dövrünə aid iriçaplı sursatlar – o cümlədən təxminən 10

Read More
Dünya Xəbərlər

Litva Belarusla sərhədini bağladı

Litva Belarusla sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayıb. Gundelik.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumata görə, bazar günü saat yerli vaxtla 22:10 radələrində Belarusdan Litvaya doğru uçan hava şarları səbəbindən Medininkay və Şalçininkay sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və insanların gediş-gəlişi müvəqqəti olaraq dayandırılıb. Bazar ertəsi səhərədək Litva-Belarus

Read More
Ölkə Xəbərlər

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Oktyabrın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Gundelik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 25, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və

Read More
Dünya Xəbərlər

Almaniyada quş qripi səbəbindən 400 mindən çox ev quşu məhv edilib

Almaniyada quş qripinə yoluxma hallarının artması nəticəsində bu günə qədər 400 mindən çox ev quşu məhv edilib. Gundelik.az-ın Fridrix Löffler İnstitutuna (FLI) məlumatına görə, hazırkı vəziyyət 2021-ci ildə baş vermiş kütləvi yoluxma dövrü ilə müqayisə oluna biləcək səviyyədədir. Məlumatda qeyd olunur ki, ölkənin 30 fermasında ümumilikdə 400 min toyuq, ördək, qaz və hinduşka kəsilərək məhv

Read More
Ölkə Xəbərlər

Maşın bazarında vəziyyət necədir? – VİDEO

Hibrid və “plug-in” hibrid avtomobillər üçün vergi güzəştlərinin ləğvi xəbərinin yayılmasından sonra qiymətlərin artacağı gözlənilir. Bəs maşın bazarında vəziyyət necədir? Gundelik.az Xəzər Tv-yə istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bazarda durğunluq davam edir. Lakin bəzi satıcılar isə bu məlumatlardan sonra digər avtomobillərə marağın artdığını bildirirlər. Avtomobil almaq istəyənlər isə bazarda qiymətlərın yüksək olduğunu vurğulayırlar.

Read More